Sabah Biləsuvarın bəzi hissələrində qaz kəsiləcək
Sabah Biləsuvar rayonunda təbii qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Milli.Az "Report"a istinadən xəbər verir ki, iyulun 23-də rayon ərazisində yeni çəkilmiş qaz xətlərinin mövcud kəmərlərə birləşdirilməsi işləri həyata keçiriləcək. Bununla əlaqədar sabah saat 09:00-dan başlayaraq işlər yekunlaşanadək Biləsuvar qazpaylayıcı stansiyasından qidalanan 16086 abonentin təbii qaz təchizatı dayandırılacaq. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin