Gəncədə 13 yaşlı qızı maşın vurdu

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, Cavadxan qəsəbəsində qeydə alınan hadisə zamanı 2013-cü il təvəllüdlü M. Əliyevanı avtomobil vurub. İlkin ehtimala görə, qəza yolu keçmək istəyərkən baş verib. Xəstəxanaya yerləşdirilən piyadanın müalicəsi davam etdirilir. Yunis Quliyev