Xankəndidə kafedə yanğın — İki qadın işçi xəsarət aldı
Xankəndi şəhərində kafedə yanğın baş verib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə şəhər ərazisində yerləşən “Turan” kafesində qeydə alınıb. Yanğın zamanı kafedə çalışan 1983-cü il təvəllüdlü Əsədova Zibeydə Bulud qızı və 1997-ci il təvəllüdlü Qəfərova Fidan Sücaət qızı yanıq xəsarətləri alıblar. Yaralılar hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Ziya Əmirxanlı

Şərh verin