“Zirə” səfərdən məğlub qayıdır — Video-Yenilənib
Bu gün “Zirə” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununa çıxacaq. “Qafqazinfo” xəbər verir ki, Rəşad Sadıqovun komandası Estoniyada “Payde”nin qonağı olacaq. Görüş saat 20:00-da start götürəcək. Bu komandalar arasındakı cavab oyunu bir həftə sonra Sumqayıtda keçiriləcək. Konfrans Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyun 23 iyul 20:00. “Payde” (Estoniya) – “Zirə” (Azərbaycan) Hakimlər: Roman Jitari, Viktor Mardari, Andrey Bodean, Andrey Brequta (Moldova). *** Komandaların start heyətləri bəlli olub: “Payde”: Jorju, Tur, Boranov, Hüqo, Lilander, Sohna, Haim, Miller, Luts, Badamasi, Siim. Ehtiyat oyunçular: Sapp, Andrade, Kabral, Ojamaa, Anyer, Jobarteh, Surogin, Hindrek, Çam, Piht, Smirnov, Nigula “Zirə”: 13 Aydın Bayramov, 32 Qismət Əliyev (k), 4 Ruan Renato, 20 İssa Cibrilla, 2 Amin Seydiyev, 17 Vieyra, 21 Quima, 93 Brahim Konate, 11 Martins Junior, 9 Davit Volkov, 7 Eren Aydın. Ehtiyat oyunçular: 72 Hüseynəli, 99 Səlim Həşimov, 8 İsmayıl İbrahimli, 10 George Papunaşvili, 14 Elçin Əlicanov,22 Ayxan Hüseynov, 29 Krisdiqbeu, 57 Yusif Hacıyev, 77 Yeqor Boqomolski. *** Matç başladı. *** Fasilə. *** İkinci hissə başladı. *** 87-ci dəqiqədə Pa Abdu Çam fərqləndi. *** Matç Estoniya klubunun 1:0 minimal hesablı qələbəsi ilə başa çatır.

Şərh verin