Göyçayda piyadanı maşın vurdu
Göyçayda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Göyçay-Ucar avtomobil yolunun Potu kəndindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan "VAZ-21010" markalı minik avtomobili piyadanı vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb./"Qafqazinfo" Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin