Tramp yenidən prezident olmaq istədiyini bildirib
ABŞ Prezidenti Donald Tramp zarafatla növbəti dəfə prezident olmaq istədiyini ifadə edib. Milli.Az xəbər verir ki, Tramp bunu " Elektrik abonentlərinin müdafiəsi təşəbbüsü" ilə bağlı çıxışı zamanı deyib. "Bütün bu zavodlar, binalar və fabriklər fəaliyyətə başlayanda mənim istədiyim tək şey növbəti prezident olmaqdır. Mən kimisə çox yaxşı vəziyyətdə qoyacağam. O şəxs orada oturacaq və bütün bunlar açıldıqca hamı onun necə dahi olduğunu deyəcək", - Tramp bildirib./APA Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin