Naxçıvanın bir hissəsində qazın verilişi dayandırılır
İyulun 24-də Naxçıvan şəhərində qaz təchizatında müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Milli.Az xəbər verir ki, buna səbəb qaz şəbəkəsində aparılacaq təmir və quraşdırma işləridir. Məlumata görə, saat 14:10-dan etibarən Atabəylər və Əlincə məhəllələri, eləcə də Əliqulu Qəmküsar küçəsində qazın verilişi müvəqqəti dayandırılacaq. Bildirilib ki, təmir-quraşdırma işləri başa çatdıqdan sonra həmin ərazilərin qaz təchizatı bərpa ediləcək. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin