Banqladeş Prezidenti istefa verdi

Banqladeş Prezidenti Şahabuddin Çuppu istefa verdiyini bildirib. Bu barədə "Bdnews24" portalı məlumat yayıb. "Xəstəyəm, buna görə də hər şey bitdi", - deyə o, açıqlamasında bildirib. Məhəmməd Şahabuddin Çuppu 2023-cü ilin aprelindən Banqladeş prezidenti vəzifəsini icra edib. Keçmiş hakim və Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sabiq üzvü olan Çuppu 1971-ci ildə Banqladeşin müstəqillik uğrunda müharibəsinin iştirakçısıdır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)