Paltaryuyanda yuyucu tozu hara tökmək lazımdır? - Çoxlarının etdiyi səhv
Paltarların daha yaxşı yuyulması üçün təkcə keyfiyyətli yuyucu vasitə seçmək deyil, ondan düzgün istifadə etmək də vacibdir. Bir çox insan yuyucu tozu paltaryuyan maşının hansı hissəsinə əlavə etməyin doğru olduğunu bilmir. Mütəxəssislərin sözlərinə görə, adi yuyucu toz əsasən paltaryuyanın xüsusi əsas yuma bölməsinə (adətən "II" işarəsi ilə göstərilir) tökülməlidir. Bu bölmə tozun yuma prosesinin əsas mərhələsində su ilə qarışaraq paltarlara təsir etməsini təmin edir. "Ön yuma" funksiyasından istifadə edilirsə, tozun bir hissəsi "I" işarəli bölməyə əlavə olunur. Parça yumşaldıcısı isə ayrıca nəzərdə tutulmuş bölməyə tökülməlidir. Bəzi insanlar yuyucu tozu birbaşa barabana, paltarların üzərinə tökür. Bu üsul bəzi hallarda mümkün olsa da, tozun tam həll olunmaması, paltarda iz qalması və yuyucu vasitənin təsirinin azalması ilə nəticələnə bilər. Mütəxəssislər bildirirlər ki, yuyucu tozun həddindən artıq istifadəsi də daha təmiz paltar demək deyil. Əksinə, artıq miqdar parçanın üzərində qalıq yarada və paltaryuyanın daxilində çöküntülərin yaranmasına səbəb ola bilər. Daha yaxşı nəticə üçün yuyucu vasitənin miqdarı paltarın sayına, çirklənmə səviyyəsinə və suyun sərtliyinə uyğun seçilməlidir. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin