Bakı-Tbilisi qatarı yolda qaldı — Gürcüstandakı işıq probleminə görə

Bu gün səhər saatlarında Gürcüstanda Qardabani-Tbilisi dəmir yolu sahəsində elektrik enerjisi təchizatında problem olduğundan Bakı-Tbilisi qatarının hərəkətində gecikmə qeydə alınıb. ADY-dən “Qafqazinfo”ya verilən məlumata görə, problemin həlli yubandığı üçün gözləmək istəməyən sərnişinlərin Qardabanidə düşməsinə şərait yaradılıb. Qatar Tbilisiyə 2 saat 30 dəqiqə gecikmə ilə çatıb.