Goranboyda şəhid anası vəfat etdi — Fotolar

​Goranboyun Qaramusalı kəndində şəhid anası vəfat edib. “Qafqazinfo” xəbər verir ki, şəhid Rüstəmov Qurban Tofiq oğlunun anası Rüstəmova Qumru Oruc qızı dünyasını dəyişib. Mərhum kənd qəbiristanlığında dəfn olunub. ​Məlumat üçün bildirək ki, Rüstəmov Qurban Tofiq oğlu Birinci Qarabağ müharibəsi şəhididir. O, Goranboy rayonunun Qaramusalı kəndində anadan olub və Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Yunis Quliyev