“Çılgın Bediş” geri dönür

Türkiyə televiziya tarixinə damğasını vurmuş “Çılgın Bediş” layihəsi 25 illik fasilədən sonra yenidən tamaşaçılarla görüşməyə hazırlaşır. “Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu dəfə layihə tammetrajlı film çəkiləcək. Məlumata görə, baş rollar üçün Yonca Evcimik və Cenk Torun ilə razılıq əldə olunub. Filmin 2027-ci ilin fevralında nümayişi nəzərdə tutulur.