Ağstafada ağır qəza: Ölən və xəsarət alan var

Ağstafada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az APA-ya istinadla xəbər verir ki, qəza nəticəsində iki nəfər xəstəxanaya çatdırılıb. Onlardan biri həyatını itirib, digərinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.