Neft qiymətləri kəskin ucuzlaşdı
Dünya bazarında neft qiymətləri kəskin ucuzlaşıb. Milli.Az xəbər verir ki, Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin sentyabr fyuçerslərinin qiyməti 5,09% azalaraq bir barel üçün 84,76 dollar olub. Londonun ICE birjasında isə Brent markalı neftin sentyabr fyuçersləri 4,74% ucuzlaşıb. Nəticədə, Brent markalı neftin bir barelinin qiyməti 92,19 dollara düşüb. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin