"Amay"ın qarşısında kişinin başına daş düşdü
Bu gün saat 13:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, "Amay" ticarət mərkəzi ərazisindən çağırış qeydə alınıb. Milli.Az xəbər verir ki, bu barədə Lent.az-a TƏBİB-dən məlumat verilib. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. 1991-ci il təvəllüdlü şəxsə skalpın kəsilmiş yarası diaqnozu təyin edilib və zəruri tibbi yardım göstərilib. Müalicəsi Neyrocərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir. Qeyd edək ki, kişinin başına daş düşdüyü bildirilir. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin