Trampla Zelenski bu tarixdə görüşəcək

"Sentyabrın 23-də ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşəcək". Milli.Az bildirir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi brifinqdə deyib. "Sentyabrın 23-də ABŞ lideri BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edəcək, o cümlədən qlobalist institutların dünya nizamını necə pisləşdirdiyi barədə nitqlə çıxış edəcək", - deyə Levitt vurğulayıb. Onun sözlərinə görə, Tramp, həmçinin BMT-nin baş katibi, Ukrayna, Argentina və Avropa İttifaqının liderləri ilə ikitərəfli görüşlər keçirəcək. Milli.Az