Daşkəsəndə “Niva” aşdı - Xəsarət alan var

Daşkəsəndə yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az xəbər verir ki, hadisə rayonun Əmirvar kəndində baş verib. Belə ki, "Niva" markalı avtomobilin aşması nəticəsində 1994-cü il təvəllüdlü Rasim Quliyev xəsarət alıb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Qəzanın təfərrüatları araşdırılır./"Qafqazinfo" Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)