DÇ-2026-nın ən gözəl qolu seçildi — Video
FIFA 2026-cı il Dünya Çempionatının ən gözəl qolunu açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, “Trabzonspor” və Kabo-Verde millisinin müdafiəçisi Sidni Kabralın 1/16 final mərhələsində Argentina qapısına vurduğu qol turnirin ən yaxşı qolu seçilib. Gərgin keçən qarşılaşmanın 103-cü dəqiqəsində səhnəyə çıxan Kabral vurduğu qolla hesab 2:2 olsa da, Kabo-Verde yığması əlavə vaxtda Argentinaya 2:3 hesabı ilə məğlub olaraq turnirlə vidalaşmışdı. Matçın nəticəsindən asılı olmayaraq, bu qol FIFA-nın böyük mükafatına layiq görülüb. Qeyd edək ki, keçirilən səsvermədə ikinci yeri Özbəkistan millisinin hücumçusu Eldor Şomurodov, üçüncü yeri isə Haiti yığmasının forvardı Vilson İzidor tutub. Xatırladaq ki, DÇ-2026-nın qalibi Argentina üzərində 1:0 minimal hesablı qələbə qazanan İspaniya millisi olub.

Şərh verin