Dünya bazarında neft ucuzlaşmağa başladı
Dünya bazarında neft qiymətlərində eniş qeydə alınıb. "ICE London" qitələrarası birjasında keçirilən hərraclarda "Brent" markalı neftin 2026-cı ilin sentyabr ayı üzrə fyuçers müqaviləsinin qiyməti 1,18 faiz azalaraq bir barel üçün 87,32 ABŞ dollarına düşüb. Eyni zamanda, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında "WTI" markalı neftin 2026-cı ilin avqust ayı üzrə fyuçerslərinin dəyəri də 1,09 faiz geriləyib. Hazırda bu marka üzrə bir barel neft 81,71 ABŞ dollarına təklif olunur. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin