Çay evində 31 yaşlı kişi bıçaqlandı

Gəncədə çay evində bıçaqlanma olub. “Qafqazinfo” xəbər verir ki, hadisə Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüdlü Məmməd Babayev çay evində bıçaq xəsarəti alaraq, Gəncədəki xəstəxanaların birinə yerləşdirilib. O, əməliyyat olunub, vəziyyəti orta-ağırdır. Hadisənin kim və ya kimlər tərəfindən törədilməsi ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Yunis Quliyev