Sabah çimərliklərdə külək əsəcək
İyulun 29-da Abşeron yarımadasının çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gün ərzində şimal-qərb küləyi əsəcək. Bildirilib ki, dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada 26-27 dərəcə, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda isə 27-28 dərəcə isti olacaq. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin