Qazaxıstandakı səfirimiz də geri çağırıldı

Ağalar Rahim oğlu Atamoğlanov Azərbaycanın Qazaxıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.