Evdə iynə vurulan uşaq qəfil vəfat etdi — Yenilənib
Bərdədə 6 yaşlı uşaq ölüb . “Qafqazinfo” xəbər verir ki, ev şəraitində venadaxili inyeksiyadan sonra 2019-cu il təvəllüdlü Quliyeva Aylin Zaur qızının vəziyyəti pisləşib. Bərdə Mərkəzi Xəstəxanasında həkimlərin müayinəsi zamanı uşağın öldüyü məlum olub. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi başlanıb. Araşdırma aparılır. *** TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, sentyabrın 22-si 21:00 radələrində 2019-cu il təvəllüdlü şəxs (qadın) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Azyaşlının xəstəxanayaqədər ölüm faktı qeydə alınıb. Ziya Əmirxanlı

Şərh verin