Nanə efirə qayıdır
Bir müddətdir efirdən uzaq qalan aparıcı Nanə Ağamalıyeva yeni televiziya mövsümündə tamaşaçı qarşısına çıxacaq. Axşam.az-ın əldə etdiyi məlumata görə, aparıcı "Nanəli" verilişi ilə fəaliyyətini davam etdirəcək. Proqramın hazırlıqlarına ötən televiziya mövsümündən başlanılıb. Qeyd edək ki, ATV-də yayımlanan bir çox proqramın yeni mövsümdə efirə qayıtmayacağı gözlənilir. Aparıcılığını Afaq Gəncəlinin etdiyi "Afaqla 10lar" verilişi isə tamaşaçılarla görüşünü davam etdirəcək. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin