Fransa nəhəngi “Qarabağ”ın futbolçusunu transfer edəcək

"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev karyerasını ölkə xaricində davam etdirə bilər. Milli.Az xəbər verir ki, Fransanın iddialı klublarından olan "Lill" onunla yaxından maraqlanır. Onlar 6 aya yaxındır Elvini təqib edir. "Lill" klubu hətta gələn yayı gözləmədən qış "transfer pəncərəsi"ndə Azərbaycan millisinin üzvünü heyətinə cəlb etməyə çalışacaq. 24 yaşlı futbolçu 2019-cu ildən "Qarabağ"ın əsas komandasında çıxış edir. O, 195 oyunda 8 qol vurub və 32 məhsuldar ötürmə edib. Qeyd edək ki, Elvinin Ağdam təmsilçisi ilə müqaviləsi gələn ilin yayında başa çatır. /"Apasport" Milli.Az