İrana silah tədarükü iddiasına Çindən cavab gəldi

Çin İranın bir neçə həftə ərzində Çin istehsalı olan 400-ə qədər hava hücumundan müdafiə raket sisteminin ilk partiyasını alacağı ilə bağlı məlumatları təkzib edib. Milli.Az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq açıqlama verib. O bildirib ki, yayılan məlumatlar heç bir fakta əsaslanmır və əsassızdır. "Bu məlumatlar tamamilə əsassızdır. Çin dəfələrlə müvafiq məsələlərlə bağlı mövqeyini açıqlayıb. Çin hər zaman sülhün və münaqişələrin dayandırılmasının tərəfdarı olub", - deyə Mao Ninq qeyd edib. Qeyd edək ki, daha əvvəl "Reuters" agentliyi mənbələrinə istinadən İranın Çindən 400-ə qədər hava hücumundan müdafiə raket sisteminin ilk partiyasını alacağını yazmışdı. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)