BMT-nin növbəti rəhbəri olmaq istəyir

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi BMT-nin baş katibi postuna namizəd olmaq niyyətindədir. “Qafqazinfo” xəbər verir ki, R.Qrossi bu barədə Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində “France-Presse” agentliyinə müsahibəsində danışıb. “BMT hazırda çətin vəziyyətdədir. İnanıram ki, təşkilatın əhəmiyyət kəsb etməsi üçün nələrsə etmək mümkündür”, - AEBA rəhbəri bildirib. 2019-cu ildən AEBA -ya rəhbərlik edən Qrossi mümkün qədər çox dəstək əldə edəcəyinə ümid etdiyini vurğulayıb. Xatırladaq ki, bundan əvvəl, “Bloomberg” agentliyi təşkilatın növbəti baş katibinin ilk dəfə qadın ola biləcəyini yazmışdı . Onu da bildirək ki, BMT-nin hazırkı baş katibi Antonio Quterreşin səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatır. Elə həmin il BMT Təhlükəsizlik Şurası baş katib postuna namizəd irəli sürməlidir. Yeni baş katib isə 2027-ci il yanvarın 1-də vəzifəsinin icrasına başlamalıdır.