Emre Belözoğlunu o əvəzləyəcək
Türkiyənin “Antalyaspor” klubunun yeni baş məşqçisi bəlli olub. “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalya təmsilçisi Erol Bulutla anlaşıb. Son olaraq “Qaziantep”i çalışdıran 50 yaşlı mütəxəssislə 2 illik müqavilənin bağlanması nəzərdə tutulur. Xatırladaq ki, klubu bundan öncə Emre Belözoğlu çalışdırıb. Qeyd edək ki, Erol Bulut “Yeni Malatyaspor” (2017-2019), “Alanyaspor” (2019-2020), “Fənərbaxça” (2020-2021), “Qaziantep” (2021-2023) və “Kardiff Siti” (2023-2024) komandalarını çalışdırıb.

Şərh verin