Bu ölkədə 260-dan çox məhbus səhvən azadlığa buraxıldı
Son 1 il ərzində Böyük Britaniyada 260-dan çox məhbus səhvən azadlığa buraxılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Sky News” hökumətin rəsmi məlumatlarına istinadla yazıb. Məlumata görə, 2024-cü ilin martından 2025-ci ilin martına qədər ümumilikdə 262 nəfər azad edilib. Onlardan 233-ü həbsxanalardan, 29-u isə məhkəmələrdən buraxılıb. Rəqəmlər göstərir ki, bu tip hadisələrin sayı əvvəlki illə müqayisədə 128% artıb. Məsələ ilə bağlı Britaniya Ədliyyə Nazirliyi hadisələrin səbəblərinin araşdırıldığını və gələcəkdə bu kimi səhvlərin qarşısını almaq üçün əlavə tədbirlər görüləcəyini bildirib.

Şərh verin