Xaçmazda 21 yaşlı qız 6-cı mərtəbədən yıxıldı

Xaçmazda 21 yaşlı qız binadan yıxılıb. Milli.Az xəbər verir ki, Xaçmaz şəhər sakini 2004-cü il təvəllüdlü İsgəndərova Rəvanə Araz qızı Nəriman Nərimanov 21a ünvanında, Qayalı marketin üstündə yerləşən 9 mərtəbəli binanın 6-cı mərtəbəsindən yerə yıxılıb. O, aldığı ağır bədən xəsarətlərdən hadisə yerində ölüb. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Pataloji Anatomiya Birliyinin Xaçmaz şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Milli.Az