Ağdamda açıq ərazidə yanğın başlayıb

Ağdam rayonunda növbəti yanğın hadisəsi baş verib. Milli.Az xəbər verir ki, Trend-in Qarabağ bürosunun xəbərinə görə, növbəti yanğın rayonun Papravənd kəndi ərazisində minalanmış açıq ərazidə baş verib. Yanğın 20 hektara yaxın ərazini əhatə edir. Hadisə yerinə FHN-nin Ağdam yanğınsöndürən bölməsinin 2 avtomobili və Ağdərə rayonun 1 avtomobili şəxsi heyəti cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)