Netanyahu Vaşinqtona gedir: Trampla Ağ evdə görüşəcək

İsrailin Baş naziri Benyamin Netanyahu iyulun 27-də ABŞ-a səfər edəcək. Milli.Az xəbər verir ki, bu barədə Baş nazirin Ofisi məlumat yayıb. Məlumata görə, Netanyahu bazar ertəsi Vaşinqtona yola düşəcək. O, çərşənbə axşamı Ağ evdə ABŞ Prezidenti Donald Trampla görüş keçirəcək. Səfər çərçivəsində Netanyahunun ABŞ senatoru Lindsi Qrehemin dəfn mərasimində iştirak edəcəyi də gözlənilir. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)