HƏMAS sülh sazişinin imzalanma mərasimində iştirak etməyəcək

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs sazişinin imzalanması mərasiminə qatılmaqdan imtina edib. Milli.Az xəbər verir ki, bu barədə HƏMAS-ın siyasi bürosunun üzvü Hussam Badran məlumat verib. Badran qeyd edib ki, HƏMAS sülh danışıqlarında Qətər, Misir və Türkiyədəki vasitəçilərə arxalanacaq. Oktyabrın 13-ü bazar ertəsi Misirin Şarm əl-Şeyx şəhərində Qəzza zolağında atəşkəslə bağlı "sülh sammiti" keçiriləcək. /report.az Milli.Az