Cəlilabadda yanğın törədən kişi məsuliyyətə cəlb olundu

Avqustun 21-də Cəlilabad rayonu Söyüdlü kəndinin ərazisindəki əkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, araşdırmalarla yanğının 1980-ci il təvəllüdlü Oqtay Abbasov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 2 hektar ərazidə quru ot və kol-kos yanıb. Əməli törədən O.Abbasov barəsində məsuliyyət tədbiri görülüb.