Şəbnəm Naibli: "Onlar evində sözü keçməyən kişiciklər, ərindən xəbəri olmayan qadınlardır"
Tele-aparıcı Şəbnəm Naibli növbəti açıqlaması ilə yenidən diqqət mərkəzinə düşüb. Milli.Az xəbər verir ki, aparıcı tənha qadınların cəmiyyətdə üzləşdiyi çətinliklərdən danışaraq, onların haqsız yerə qınandığını bildirib. Şəbnəm Naiblinin sözlərinə görə, tənha qadınlar həm maddi, həm də mənəvi baxımdan övladlarına dayaq olmağa çalışırlar. Lakin onların zəhmətini görən az olur. "Heç kim gəlib o qadının qapısını döyüb soruşmur ki, bu uşağı necə böyüdür. Amma işdən qayıdanda hansısa iş yoldaşının maşınından düşsə, dərhal ona damğa vururlar. Uşağı xəstələnsə, təhsili üçün pul lazım olsa, həmin insanlar bir manat da kömək etməzlər. Qınamağa gələndə isə hamı öndə olur", - deyə aparıcı bildirib. Şəbnəm onu da vurğulayıb ki, tənha qadınları ən çox tənqid edənlər həyatda uğur qazana bilməyən insanlardır. "Qınayanlar adətən həyatda heç nəyə nail olmayanlar, evində sözü keçməyən bəzi kişiciklər və ya ərlərindən xəbəri olmayan qadınlardır. Onlar aqressiyalarını digərlərinin üzərinə tökürlər. Əgər sən xoşbəxt qadınsansa, kimin haradan gəlib, hara getməsi səni maraqlandırmamalıdır", - sözləri ilə Naibli fikrini tamamlayıb. Aparıcının bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər onun fikirlərinə münasibət bildirərək paylaşımın şərh bölümündə müxtəlif rəylər yazıblar. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin