Xaçmazda dənizdə batan 18 yaşlı gəncin meyiti tapıldı

Xaçmaz rayonunda dənizdə batan yeniyetmənin meyiti tapılıb. Milli.Az apa -ya istinadən xəbər verir ki, Seyidli kəndinin ərazisində dənizdə batan 2008-ci il təvəllüdlü A.X.nin meyiti sudan çıxarılıb. Qeyd edək ki, yeniyetmə iyulun 21-də rayonun Nabran kəndində dənizdə nəzarətsiz ərazidə batıb. Faktla bağlı araşdırma aparılır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)