Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
Xaçmaz rayonunun Nabran qəsəbəsi yaxınlığında dənizdə batan 17 yaşlı qızın meyiti tapılıb. “Qafqazinfo” xəbər verir ki, iyulun 21-i saat 19 radələrində Seyidli kəndinin ərazisində dənizdə boğulmuş Arzu Xalidovanın meyiti iyulun 22-si sudan çıxarılıb. Ölüm faktı ilə bağlı araşdırma aparılır.

Şərh verin