Rusiyada Su-57 qırıcı təyyarəsi qəzaya uğradı

Rusiyanın Moskva vilayətində hərbi təyyarənin qəzaya uğraması ilə nəticələnən hadisə baş verib. Milli.Az xəbər verir ki, qəza Lutsino kəndi yaxınlığında qeydə alınıb. Bildirilib ki, Su-57 tipli qırıcı təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb. Məlumata əsasən, pilot vaxtında katapult edərək xilas olub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)