Xalq artistinin musiqiçilərlə zarafatı hamını güldürdü - (Video)

Xalq artisti Könül Xasıyeva növbəti dəfə yumor hissi ilə diqqət çəkib. Milli.Az xəbər verir ki,  məkanların birində səhnəyə çıxan xanəndənin musiqiçilərlə etdiyi zarafat həm zalda əyləşənlərin, həm də sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub. İfa zamanı musiqiçilərə üz tutan sənətçi zarafatla "Bir dənə "mi" ver, gedəndə qaytaracağam" deyərək gülüş doğurub. Könül Xasıyevanın bu səmimi zarafatı gülüşlə qarşılanıb. Həmin anların görüntüləri qısa müddətdə sosial şəbəkələrdə yayılaraq çoxsaylı istifadəçi tərəfindən paylaşılıb. İzləyicilər Xalq artistinin səhnədəki səmimiyyətini və yumorunu yüksək qiymətləndirərək görüntülərə çoxlu bəyənmə və şərhlər yazıblar. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)