“Akkord”un binasında yıxılan 22 yaşlı oğlan öldü

Bakının Sabunçu rayonunda faciəvi hadisə baş verib. “Qafqazinfo” xəbər verir ki, iyulun 23-ü saat 01 radələrində Bakıxanov qəsəbə sakini 2004-cü il təvəllüdlü Q.İbrahimov qəsəbənin Yavər Əliyev küçəsində yerləşən “Akkord” yaşayış kompleksindəki binanın pilləkən meydançasının eyvanından yıxılıb. 8-ci mərtəbədən yıxılan gənc hadisə yerində ölüb. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.