Biləsuvarda 7 kənd qazsız qalacaq

Sabah Biləsuvar rayonunun 7 kəndinin qaz təchizatında fasilə olacaq. Milli.Az xəbər verir ki, iyulun 24-də saat 10:00-dan etibarən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar rayonun Əsgərəbad, Aşağı Cürəli, Dərvişli, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Təzəkənd kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılacaq. Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)