Model estetik əməliyyat zamanı öldü

30 yaşlı meksikalı model və bloqer Adriana Qarsiya estetik əməliyyat zamanı yaranan ağırlaşmalar nəticəsində vəfat edib. Milli.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Bildirilib ki, gözəllik sahəsində fəaliyyət göstərən və sosial şəbəkələrdə geniş izləyici auditoriyasına malik olan Qarsiya keçirdiyi estetik prosedur zamanı baş verən fəsadlar səbəbindən həyatını itirib. Adriana Qarsiya xüsusilə TikTok və İnstaqram platformalarında populyarlıq qazanmışdı. Onun 6 yaşlı qızı olduğu bildirilir. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)