"Arsenal" ona 90 milyon qiymət qoydu

"Arsenal" yarımmüdafiəçisi Martin Edeqorun mümkün transferi ilə bağlı tələb etdiyi məbləği müəyyənləşdirib. Milli.Az xəbər verir ki, "Teamtalk"ın yaydığı məlumata görə, London təmsilçisi norveçli futbolçunu transfer etmək istəyən klublardan təxminən 90 milyon avro tələb edir. 27 yaşlı yarımmüdafiəçi 2021-ci ilin avqustundan "Arsenal"ın formasını geyinir. Onun klubla qüvvədə olan müqaviləsi 2028-ci ilin yayına qədər davam edir. Martin Edeqor 2025/2026 mövsümündə bütün turnirlərdə 36 oyunda meydana çıxaraq 1 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Qeyd edək ki, "Transfermarkt" portalı norveçli futbolçunun bazar dəyərini 70 milyon avro olaraq qiymətləndirir. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)