Bakı və Qubada Türkiyə ilə birgə təhsil müəssisəsi yaradılacaq

“Türkiyə ilə birgə yeni yaradılacaq müəssisələrdə təhsil alan tələbələr həm Azərbaycan, həm də Türkiyənin peşə diplomu ilə təmin olunacaq”. “Qafqazinfo” xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı deyib. O bildirib ki, bu, tələbələrin rəqabətli kadr kimi çıxış etməsinə imkan verəcək: “Müəssisələrdən birinin Bakıda, digərinin isə Qubada olması planlaşdırılır”. Fidan Etibar