Müvəqqəti atəşkəs barədə razılığa gəldilər — Yenilənib

Pakistan Silahlı Qüvvələri Əfqanıstanın paytaxtı Kabilə dörd zərbə endirib. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Əfqanıstanın “Amaaj News” agentliyi yayıb. Bildirilib ki, zərbələr pilotsuz uçuş aparatları ilə endirilib. Dağıntı və tələfat barədə məlumat verilməyib. Xatırladaq ki, bu gün Əfqanıstan və Pakistan sərhədində döyüşlər başlayıb. *** Pakistan Xarici İşlər Nazirliyinin məlumatına görə, Pakistan və Əfqanıstan arasında 48 saatlıq müvəqqəti atəşkəs barədə razılıq əldə olunub. Atəşkəs Bakı vaxtı ilə 19:00-da başlayacaq. Nazirliyin bəyanatında bildirilib ki, həm Pakistan, həm də Əfqanıstan dialoq yolu ilə mürəkkəb, lakin həll oluna bilən məsələyə müsbət həll yolu tapmaq üçün səmimi səylər göstərəcəklər.