“Bu həm mənim, həm də ABŞ liderinin səhvi olar” — Putin
“Budapeştdə keçiriləcək Rusiya-ABŞ sammitinə hazırlıqsız yanaşmaq səhv addım olar”. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Rusiya Coğrafiya Cəmiyyətinin konqresində çıxışı zamanı deyib. O bildirib ki, belə görüşlərə yaxşı hazırlaşmaq lazımdır: “Buna yüngül yanaşmaq və gözlənilən nəticələr olmadan getmək həm mənim, həm də Amerika prezidentinin səhvi olar”. Qeyd edək ki, oktyabrın 22-də Donald Tramp Vladimir Putinlə keçən həftə elan edilmiş Budapeşt görüşünün ləğv edildiyini açıqlayıb. Bununla belə Tramp Putinlə gələcəkdə görüşün mümkünlüyünü də istisna etməyib.

Şərh verin