Avtobusun vurduğu piyada 4 gün sonra öldü

Bakıda daha bir yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə oktyabrın 18-i qeydə alınıb. Belə ki, Murad Bahadur oğlu Rüstəmov idarə etdiyi “İsuzu” markalı 12 saylı sərnişin avtobusu ilə hərəkətdə olan zaman piyada Elçin Qafar oğlu Baxşiyevi vurub. Ağır xəsarətlər alan şəxs xəstəxanaya yerləşdirilib. O, oktyabrın 22-si müalicə aldığı Sabunçu Tibb Mərkəzində vəfat edib. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılır.