Hər sifarişi daha faydalı edən yeni loyallıq proqramı — “Wolt Rewards”

“ Wolt ” sizə hər sifarişi daha əyləncəli və sərfəli edən yeni loyallıq proqramı olan “ Wolt Rewards ” u təqdim edir. Restoranlardan, mağazalardan və ya “ Wolt Market ” dən verilən hər sifarişlə istifadəçilər xal toplayır və bu xalları gələcək sifarişlərində istifadə edə bilirlər. “Wolt Rewards” ilə hər sifariş xala çevrilir və istifadəçilər pillələrdə irəlilədikcə daha çox xal qazanırlar. Cəmi dörd pillə mövcuddur və hər pillə daha sürətli xal toplamaq və yeni imkanların açılmasına şərait yaradır. Bundan əlavə, proqramda mütəmadi olaraq yeni aylıq tapşırıqlar da görünür – qrup sifarişlərindən tutmuş müəyyən məkanlardan sifarişlərə qədər – istifadəçilərə əlavə xal qazanmaq və təcrübəni daha əyləncəli etmək imkanı yaradır. “Wolt” Azərbaycanın Baş Meneceri Tofiq Süleymanov qeyd edib: “Wolt” olaraq, məqsədimiz istifadəçilərimizin gündəlik həyatını daha rahat və xoş etməkdir. “Wolt Rewards” ilə bu təcrübəni daha da zənginləşdiririk – müştərilərimizin etimadını həm faydalı, həm də xoş sürprizlərlə mükafatlandırırıq. Bizim üçün hər sifariş istifadəçilərimizə bir az da əlavə dəyər vermək fürsətidir.” “Wolt Rewards” artıq platformada aktivdir. İstifadəçilər öz hesablarından irəliləyişlərini izləyə, yeni tapşırıqları kəşf edə və qazandıqları mükafatlardan birbaşa yararlana bilərlər. Daha ətraflı məlumat üçün: explore.wolt.com/az/aze/rewards