Hindistanda ağır qəzada 20 nəfər öldü — Video

Hindistanda avtobusun motosikletlə toqquşması faciəyə səbəb olub. “Qafqazinfo” “Times of India”ya istinadən xəbər verir ki, hadisə nəticəsində azı 20 nəfər yanaraq ölüb. “Bir neçə dəqiqə ərzində meydana gələn yanğın avtobusun qapılarının kilidlənməsi ilə nəticələnib. Sərnişinlərdən bir çoxu diri-diri yanıb”, - məlumatda bildirilib. Banqalor və Heydərabad şəhərləri arasında hərəkət edən həmin avtobusda 40 nəfərdən çox sərnişin olub. Onlardan 21 nəfəri pəncərədən tullanaraq xilas ola bilib. Toqquşmanın yanacaq sızmasına və nəqliyyat vasitəsində yanğının meydana gəlməsinə səbəb olduğu bildirilir.