Süleyman Mikayılov növbəti qəbul keçirdi — Fotolar
Oktyabrın 24-də Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Sahil qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib. “Qafqazinfo” xəbər verir ki, qəbulda Sahil qəsəbəsi sakinləri, həmçinin rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər. Qəbulda 90-a yaxın qəsəbə sakini iştirak edib. Sakinlərdən 15 nəfəri fərdi qaydada dinləyən Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, bəzi müraciətlər yerindəcə həll edilib. Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Qeyd edək ki, Qaradağ RİH başçısı S.Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilir.

Şərh verin